BMT baş katibi: "İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər"
4 Avqust 2016 11:47 DünyaİŞİD terror qruplaşmasının 2014-cü ildə İraqın Sincar şəhərində törətdiyi əməllər insanlığa qarşı cinayət və hətta soyqırımı hesab oluna bilər."Report" xəbər verir ki, bu fikri çərşənbə günü BMT-nin baş katibi Pan Gi Mun səsləndirib.O, bununla əlaqədar ölkədəki vəziyyəti Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə çatdırmağı təklif edib.Eyni zamanda baş katib hazırda İŞİD-in əsirliyində olan insanların təhlükəsizliyi ilə bağlı narahatçılığını ifadə edib və qeyd edib ki, onların azad olunması hərbi əməliyyatların prioritet hədəfi olmalıdır.Xatırladaq ki, İraqın Sincar şəhəri 2014-cü ilin avqustunda terrorçuların əlinə keçib və yalnız 2015-ci ilin sonunda azad olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00