Londonda hücum: ölən və yaralananlar var - FOTO
Londonda bıçaqla hücumu 19 yaşlı gənc törədib.
4 Avqust 2016 09:26 DünyaLondonda bıçaqla hücumu 19 yaşlı gənc törədib.
APA xəbər verir ki, bu barədə London polisinin nümayəndəsi bildirib.
"Hazırda cinayəti törədən şəxs istintaq təcridxanasının tibb məntəqəsindədir. İlkin araşdırmalara əsasən, o ruhi xəstəlikdən əziyyət çəkir. Çox güman ki, insidentə səbəb məhz bu amil olub", deyə polis nümayəndəsi bildirib.
Xatırladaq ki, bu gecə Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hələ ki adı açıqlanmayan cinayətkar polis tərəfindən yaxalanıb.
Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.
APA xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
İnsident yerli vaxtla saat 22:30-da qeydə alınıb. Məlumata əsasən, 1 qadın hadisə yerində dünyasını dəyişib, 5 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
Cinayətkar polis tərəfindən yaxalanıb. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. Polis insidentin terror aktı olduğunu istisna etmir.
Londonda naməlum şəxs insanlara bıçaqla hücum edib.
Trend bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.
İnsident yerli vaxtla saat 22:30-da baş verib.
Cinayətkar polis tərəfindən yaxalanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.