Gülənin pul kisəsindən tapılan 1 dolların ŞOK SİRRİ
Fətullah Gülənin “pul kisəsi” sayılan Murat Kılıç həbs olunub.
3 Avqust 2016 14:46 DünyaFətullah Gülənin "pul kisəsi" sayılan Murat Kılıç həbs olunub.
Publika.az xəbər verir ki, polisin İstanbulda keçirdiyi əməliyyat nəticəsində 50 milyon lirəlik çek və 3,5 milyon lirə nağd pul ələ keçirilib.
FETÖ-nün "pul kisəsi" hesab olunan M. Kılıç isə qaçarkən 15 iyul hadisələrindən sonra "Şəhidlər Körpüsü" adı verilən keçmiş Boğaziçi körpüsündə saxlanılıb.
Onun evində aparılan axtarış zamanı çoxlu sayda 1 dollar tapılıb. Bəzi 1 dollarların üzərində Murat Kılıçın öz fotosunun olması diqqət çəkib.
Qeyd edək ki, 15 iyulda dövlət çevrilişinə cəhd edən FETÖ üzvlərinin hər birində 1 dollar olub. Onlar bir-birilərini bu əskinas vasitəsilə tanıyırmış
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00