Sarkisyanın rəqibləri ilə keşişlər arasında toqquşma
Los-Ancelesdə bir qrup erməni fəalı oradakı erməni "dini mərkəzi"nin qarşısında piket keçirməyə cəhd edib.
3 Avqust 2016 09:31 DünyaLos-Ancelesdə bir qrup erməni fəalı oradakı erməni "dini mərkəzi"nin qarşısında piket keçirməyə cəhd edib.
Etirazçılar ruhanilərin, onların "Ermənistanda siyasi dustaqları azad etmək" və siyasi repressiyaları dayandırmaq tələblərini dəstəkləmələrini istəyiblər.
Buna cavab olaraq, dini mərkəzin başçısı və kahinlər nümayişçiləri söyməyə və Serj Sarkisyanı müdafiə etməyə başlayıblar. Nəticədə onların arasında toqquşma baş verib. Toqquşmanın səbəbkarı ruhanilər olsa da, polisi də məhz onlar çağırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00