Jirinovski Sarkisyan haqda: "Ayağımıza yıxılıb yalvaracaq"
İrəvan heç vaxt Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcək.
2 Avqust 2016 18:26 Dünyaİrəvan heç vaxt Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcək.
publika.az bildirir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideriVladimir Jirinovski "life.ru" kanalına müsahibəsində İrəvandakı qiyamı şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan kiçik ölkədir və heç bir iqtisadi perspektivə malik deyil.
"Əgər lazım olsa, Rusiya Ermənistandakı hərbi bazasını çıxara bilər. Onlar ayaqlarımıza yıxılıb yalvaracaqlar ki, bazanı qaytarın. Bu baza onların xilasıdır. Buna görə də Ermənistanla bağlı narahat olmağa dəyməz. Onlar heç vaxt bizdən imtina etməyəcək", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00