“Fətullah Gülən peyğəmbərlə danışır” –ŞOK GİZLİNLƏR

Türkiyədə FETÖ istintaq işində Fətullah Gülənlə bağlı maraqlı detallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, ifadə verən hakim T. D. (hər ikisi hakim olan ər-arvad. T.D. hər ikisinin adlarının ilk hərfidir, ad və soyadları açıqlanmır) F.Gülənin Məhkəmə-Hüquq Şurasına (HSYK) seçkiləri ərəfəsində yuxunda Məhəmməd Peyğəmbərlə görüşdüyünü deyib.

"2014-cü ilin oktyabr ayında keçirilən HSYK seçkilərindən öncə Ankaradan bir adam gəldi. Adını bilmirdim. Dedi ki, Fətullah Gülən yuxusunda Kəbəyə gedib, orada Peyğəmbərimizlə görüşüb. Peyğəmbərimiz ona "səni incidirlər?" deyib, o da "bəli" mənasında başını yelləyərək, ağlamağa başlayıb. Peyğəmbərimiz də ona "narahat olma, az qaldı" deyə cavab verib. Ankaradan gələn adam bunu danışaraq, seçkilərdə mütləq tərəfsiz şəxslərin qazanacağını, onlara səs verməyimizi dedi", - deyə T. D. qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00