İstanbulda böyük həbslər - Daha 250 hakim və prokuror
Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülənin terror təşkilatı ilə mübarizə çərçivəsində İstanbulda 250 hakim və prokuror həbs edilib.
2 Avqust 2016 12:18 DünyaTürkiyədə hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülənin terror təşkilatı ilə mübarizə çərçivəsində İstanbulda 250 hakim və prokuror həbs edilib.
Bu barədə Trend xəbər verir.
Qəzetin məlumatına görə, bundan başqa Gülən hərəkəti ilə əlaqədə olan daha 50 hakim və prokuror axtarışa verilib. Məlumata görə, həmin şəxslərin ölkə hüdudlarını tərk etməsi də ehtimal olunur.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00