"Rusiyanı buna məcbur etsəz Üçüncü Dünya müharibəsi baş verə bilər" - Donald Tramp
2 Avqust 2016 11:32 DünyaRusiyanı Krımın tərkibinə qaytarmağa məcbur etmək üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Respublikaçılar partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp bəyan edib.
"Bu iki il əvvəl olub. Siz ora qayıtmaq istəyirsizsə, o zaman Krımı qaytarmaq üçün Üçüncü Dünya müharibəsinə başlamalısız. Bunların hamısı Obamanın gözü önündə baş verir" - o, bu barədə Ohayo ştatında seçicilərinin qarşısında çıxış edərkən deyib.
Bazar günün Amerikanın ABC kanalına müsahibə verən Tramp demişdi ki, Krım məsələsində Rusiyanın xeyrinə addım ata bilər, ABŞ bunu nəzərə almalıdır. "Krımı tanımağa hazırsınızmı? - sualına o, "bu məsələ gözdən keçirilir" cavabı vermiş
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00