Restoran partladıldı: xeyli sayda yaralı var

Mahaçqalada "Layli" ziyafət zalında partlayış baş verib.

Mahaçqalada "Layli" ziyafət zalında partlayış baş verib.

report  bildirir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış zamanı 13 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00