Sarkisyan Qarabağdakı qoşunlarını İrəvana yeritdi YENİLƏNİB - VİDEO - FOTO
31 İyul 2016 15:35 Dünya"Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.
APA xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə "İnterfaks" agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.
İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00