Hava şarı faciəsi: 16 nəfər həlak oldu - FOTO
30 İyul 2016 20:55 DünyaABŞ-ın Texas ştatında bu gün hava şarı yerə düşüb. Hava şarında 16 nəfər vardı və onların hamısı qəzada həlak olublar.
Milli.Az Fox News-a istinadən bildirir ki, həlak olanların və yaralananların kimliyi bilinmir.
Reuters-in məlumatına görə, qəzada yaralanan yoxdur: sərnişinlərin hamısı həlak olublar.
Hadisə bu gün Texas ştatındakı Lokhart şəhərinin yaxınlığında baş verib. Hava şarı səmada alovlanandan sonra yerə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00