Ermənistanın birinci xanımı da azərbaycanlı imiş...
Serj Sarkisyanın arvadı azəri çıxdı - Şok
30 İyul 2016 17:14 DünyaRita Sarkisyan Xankəndində doğulub
Politika.az xəbər verir ki, sən demə, Ermənistan prezidenti Serj Sarkisyan həyat yoldaşı Rita Sarkisyan da azərbaycanlı imiş...
Ermənistan prezidenti Serj Sarkisyan 1954-cü il 30 iyunda Azərbaycanın Xankəndi şəhərində anadan olub. İxtisasca filoloq olsa da, İrəvanın Elektrotexnika zavodunda çilingər işləyib. 1983-ci ildə ailə həyatı qurub. Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan da həmçinin Azərbaycanın Xankəndi şəhərində, hərbçi ailəsində anadan olub. Rita ixtisasca musiqi müəllimidir. Ermənistan Prezidenti ilə birgə nikahdan Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və hazırda Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir. Ermənistan Prezidentinin kiçik qızı Satenik Sarkisyan isə ixtisasça iqtisadçıdır. Hazırda o anası Rita Sarkisyanın qohumu və Ermənistanın Konstitusiya məhkəməsinin sədri Qalik Arutunyanla evlidir.