Klinton Trampı qabaqlayır
30 İyul 2016 09:41 DünyaABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır.
APA xəbər verir ki, agentlik və "İpsos" şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 40,5 faizini, Tramp isə 34,6 faizini toplaya bilər.
Əvvəlki sorğuda Tramp Klintonu 2 faiz qabaqlayırdı.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00