ABŞ-da təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb, ölənlər var
30 İyul 2016 08:55 DünyaABŞ-ın Kaliforniya ştatında təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb.
APA xəbər verir ki, Piper PA31 təyyarəsi Oreqon ştatı ilə sərhəddə meşəlik əraziyə düşüb.
Təyyarənin göyərtəsində 2 pilotla yanaşı tibb işçisi və xəstə olub. Hadisə nəticəsində 2 nəfərin öldüyü təsdiqlənib. Digər iki nəfərin taleyi barədə məlumat verilmir. Qəzanın səbəbləri məlum deyil.
Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00