Nümayişçilərə polis arasında baş verən toqquşmalar nəticəsində 100 çox nəfər saxlanılıb.
İğtişaşlar zamanı xəsarət alanların sayı 60 nəfərə çatıb. Trend-in News.am saytına istinadən verdiyi xəbərə görə, zərərçəkənlər Yerevanda beş tibb müəssisələrinə yerləşdirilib.
02:01
Yerevanda iğtişaşlar zamanı xəsarət alan 38 nəfər tibbi mərkəzdə yerləşdirilib.
Trend-in News.am saytına istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan arasına 17 yaşlı oğlan var. Onun vəziyyəti ağır olduğu bildirilir.
Ermənistan polisi müxalifətin nümayişi dağıdılması zamanı xüsusi vasitələrdən istifadə edib. Xəsarət alanlar arasında jurnalistlər var.
00:51
Yerevanda etirazçılar və polis arasında baş verən toqquşmalar nəticəsində 30 nəfər xəsarət alıb. Trend-in "İnterfaks"-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.
* * *
Yerevanda polis tərəfindən müxalifətin nümayişi dağıdılıb. Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb.
* * *
Bir polis əməkdaşı silahlı qrupu tərəfindən ələ keçirilən polis binasından açılan atəş nəticəsində güllə yarası alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
* * *
Yerevanda silahlı qrup tərəfindən ələ keçirilən polis binasında bir neçə partlayış səsi eşidilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, polis binasının ərazisində atışma başlayıb və sonra qəfildən dayanıb.
00:16
Yerevanda polis tərəfindən etiraz aksiyasının dağılması zamanı Rusiyanın "Life" telekanalının operatoru yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Yerevanın küçələri polisinin gücləndirilmiş dəstələrlə mühasirəyə alınıb.
* * *
Yerevanda polis müxalifətin nümayişini dağıdıb. Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 50 nəfər saxlanılıb.
Yerevanın küçələri polisinin gücləndirilmiş dəstələrlə mühasirəyə alınıb. İlkin məlumatlara görə, xəsarət alanlar var.
* * *
Yerevanda nümayişçilərin kütləvi həbsləri başlandı.
Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, polislər vaxtaşırı səsli qumbaralardan istifadə edirlər.
Qeyd edək ki, Yerevanda etiraz aksiyası keçirilir.
Etiraz aksiyasının iştirakçıları polis binasını ələ keçirən silahlı qrupu dəstəkləyirlər.
* * *
Yerevanda etirazçılar və polis arasında toqquşmalar baş verib.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, polislər səsli qumbaralardan istifadə etdilər.
Qeyd edək ki, Yerevanda etiraz aksiyası keçirilir.
Etiraz aksiyasının iştirakçıları polis binasını ələ keçirən silahlı qrupu dəstəkləyirlər.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.
00:03
İrəvanın Sarı Tax rayoununda nümayişçilərlə polis arasında toqquşma başlanıb.
Milli.Az bildirir ki, toqquşmada Ermənistanın Birinci İnformasiya Kanalının jurnalisti Mariam Qriqoryan və operator David Harutyunyan döyülüblər.
Polislər D.Harutyunyanın videokamerasını sındırıblar, ayaqlarını əziblər.

Nümayişçilərlə polislər arasındakı toqquşmada onlarla yaralı var.
Erebuni səmtindəki Post-Patrul Xidməti Alayının (PPXA) kazarmasının qarşısına yığışan nümayişçiləri polis dağıdıb.
29.07.2016
23:23
İrəvanda polis post-patrul alayının binası yaxınlığında yığışan nümayişçiləri dağıdıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, polis etirazçıları ərazidən sıxışdıraraq çıxarıb.
Silahlı qrup tərəfindən zəbt edilən post-patrul alayının binası yaxınlığında jurnalistlər və bir neçə nümayişçi qalıb.
* * *
"Sasna srer" silahlı qruplaşması tərəfdarlarının bir hissəsinin toplaşdığı İrəvanın Xorenatsi küçəsində nümayişçilər ilə polis arasında toqquşmalar başlayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, polis əməkdaşları şifahi xəbərdarlıqdan dərhal sonra hərəkətə keçərək nümayişçilərə tüstü şaşkaları atıblar.
Onlar nümayişçiləri tutmağa başlayıblar.
22:39
İrəvanda polis və etirazçılar arasında qarşıdurma baş verib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, qarşıdurma Sarita rayonu ərazisində, əhalinin 19 iyulda polisə "Molotov kokteyli" atdığı sahədə basş verib.
İnsanlar silahlı qrupun yaralı lideri Pavlik Manukyanı nəzərdə tutaraq "Pavlik! Pavlik!" qışqırırlar.

21:55
İrəvanın "Azadlıq" meydanında iyulun 17-də polis patrul xidməti alayının binasını ələ keçirən "Sasna srer" silahlı dəstəsinə dəstək mitinqi start götürüb.
Milli.Az "Report"a istinadən bildirir ki, mitinqi müxalifətdən olan "İrs" partiyasının üzvü Armen Martirosyan aparır.
"Biz mübarizənin dərəcəsini zəiflətdik, hakimiyyət bundan istifadə etdi", - deyə o bildirib. Müxalifətçi hakimiyyətə "Sasna srer"ə qarşı rusiyalı snayperlərin işlədiyinə dair yayılan şayiələri təkzib etmək tələbi irəli sürüb.

21:11
Milli.Az Azatutyun-a istinadən bildirir ki, İrəvanda Post-Patrul Xidməti Alayının (PPXA) kazarmasını ələ keçirmiş Araik Handoyan yaralanıb.
"Sasna srer" qruplaşmasının üzvü olan A.Handoyan "Tənha canavar" kimi tanınır.
1in.am bildirir ki, Handoyan ayağından yaralanıb. O, vurduğu pilotuz uçan qurğunun yerə düşməsinə baxanda snayper tərəfindən vurulub.
21:07

Ermənistanda mövcud hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Nümayişçilər prezident Serj Sarkisyanın istefasıını tələb edirlər.
Milli.Az hetg.am-a istinadən bildirir ki, "Ardzaqank" radiosiansiyasının banisi, məşhur erməni rok-musiqiçi Yegişe Petrosyan İrəvanın mərkəzində aksiya keçirənlərin Xorenasi küçəsinə yollanaacaqlarını, orada qalacaqlarını bildirib.
O, Ermənistanın bütün sakinlərini etirazlara başlamağa, yollara çıxmağa çağırıb.
İrəvandakı mitinqdə çıxış edən İrs Partiyasının mənsublarının dediklərinə görə, hazırda Ermənistan paytaxtında Rusiya snayperləri var: "Onlar situasiyaya nəzarət edirlər".
Mitinqə qatılanların böyük qismi az öncə Erebuni səmtinə, Jirayr Sefilyanın tərəfdarlarının ələ keçirdikləri Post-Patrul Xidməti Alayının kazarmasının qarşısına yollanıblar.

20:57
İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında baş verən atışma zamanı 3 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.
"Post-patrul alayının ərazisində atışma baş verib. Cavab atəşi ilə polis silahlı qrupun 3 üzvünü yaralayıb. Onlar artıq xəstəxanaya çatdırılıb", deyə A.Aqaronyan bildirib.

20:11
İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında vaxtaşırı atışma davam edir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.
"Hüquq-mühafizə orqanlarının tələblərinə baxmayaraq, post-patrul alayının ərazisində olan silahlı qrup vaxtaşırı atəş açmaqda davam edir. Polis cavab atəşi açır.", Aqaronyan özünün "Feysbuk səhifəsində yazıb.