Türkiyədə Gülən tərəfdarlarının mənzillərində kütləvi axtarış başlandı
29 İyul 2016 12:08 DünyaTürkiyədə Fəthullah Gülən hərəkatının tərəfdarlarının evlərində kütləvi axtarış başlayıb.
Trend bildirir ki, İzmir vilayətində Gülən tərəfdarlarına aid 250 mənzildə axtarış aparılıb, nəticədə 150-dən çox nəfər saxlanılıb.
Bu cür axtarışlar Türkiyənin digər vilayətlərində də aparılacaq.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00