Müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, nazir Yavər Camalov Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin başçısı Oleq Belokonev səmimi qəbula görə təşəkkür edib.Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində oldu və istehsal prosesini izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00