Fransada növbəti terror: 84 ölü, 120 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

AFP xəbər agentliyinin məlumatına görə, ölənlərin sayı 84 nəfərə çatıb.

---------

-------------

06:31

Fransanın Nitsa şəhərində terror aktı törədilib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Terror aktı nəticəsində 80 nəfər qətlə yetirilib, 120 nəfər xəsarət alıb.

Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. Sürücü polis tərəfindən güllələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00