Türkiyə ABŞ-dan Fətullah Güləni qaytarmasını tələb etdi

Ankara Prokurorluğu bu gün ABŞ-ın Ədliyyə Nazirliyinə Türkiyədə dövlət çevrilişinə cəhddə və terrorçu təşkilat yaratmaqda ittiham olunan müxalifət məzhəb vaizi Fətullah Gülənin geri qaytarılmas barədə rəsmi məktub göndərib.

Məlumatı "Sabah" qəzeti yayıb.

Məlumatı verən mənbə bildirib ki, məktubda Gülənin Pensilvaniyadakı ünvanı da göstərilib. Bundan başqa, məktuba onunla bağlı ittiham aktı da əlavə olunub.

Xatırladaq ki, rəsmi Ankara Gülən tərəfdarlarının Türkiyədəki fəaliyyətini "Paralel dövlət" adlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, Gülən ölkədə hakimiyyəti devirmək istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00