Türk birliyi zamanın tələbinə çevrilir
Sovet İttifaqı dağılandan sonra keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalardan olan türkdilli ölkələr də öz müstəqilliklərinə nail oldular.
14 İyul 2016 14:52 DünyaSovet İttifaqı dağılandan sonra keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalardan olan türkdilli ölkələr də öz müstəqilliklərinə nail oldular. Tədricən türkdilli ölkələr arasında inişaf edən əlaqələr və ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanları Türk Birliyinin yaranması zərurətini ortaya çıxardı. Ötən müddət ərzində Azərbaycan və Türkiyənin liderliyi altında reallaşmağa doğru gedən Türk Birliyi hələlik istədiyimiz səviyyədə olmasa da, lakin bu müddət ərzində əldə edilən nailiyyətlər, nəticələr də müəyyən mənada qaneedici sayıla bilər.
Türk Birliyi ideyası gündəmə gələn gündən etibarən isə belə bir sual aktual olaraq qalır? Niyə Türk Birliyi? Maraqlısı odur ki, bu sual türklərin bir araya gəlib güc mərkəzinə çevrilməsini arzulamayan imperialist qüvvələr, Qərb, Avropa, elə Rusiyanın özü tərəfindən ortalığa atılıb. Bu arada onu da qeyd etmək lazımdır ki, Türk dünyasından başqa xristian aləmninin mütləq əksəriyyəti Türk Birliyini özünə qarşı təhlükə hesab edir və hər addımda bu birliyin reallaşmasına qarşı mübarizə aparır, onun reallaşmasını əngəlləməyə çalışır. İndi isə gələk niyə Türk Birliyi sualının cavabına. Əvvəla onu qeyd etmək lazımdır ki, Türk Dünyasnın iqtisadi sərvətləri hələ də türklərin istifadəsində deyil. Türklər yaşadıqları torpaqların altındakı təbii sərvətlərə həqiqətən sahib çıxa bilsələr, gələcək əsrin ən böyük gücü halına gələ bilərlər. Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, sadəcə təbii sərvətlərə sahib olmaqla iş bitmir. Təbii sərvətlərə sahib olmaqla yanaşı onu bazarlara çıxarmaq üçün yeni marşrutlar da müəyyən etmək lazımdır. Yuxarıda qeyd edilənləri sübuta yetirmək üçün bir neçə coğrafiyaya nəzər salmaq kifayətdir.
Bu gün Rusiya Federasiyasının tərkibində olan Kazan Muxtar Respublikasından çıxan neftə Rusiya nəzarət və sahiblik etməkdədir. Çinə nəzər yetirdikdə isə bu ölkə Uyğur Muxtar bölgəsindən çıxan neft yataqlarını istismar edir. İraqda Kərkük türklərinin yaşadığı torpaqlarda Kərkük neft yataqları var ki, bu gün həmin neft yataqlarından daha çox Qərb, Birləşmiş Ştatlar, eləcə də onların yaratmış olduğu silahlı dəstələr yaralanır. İran İslam Respublikasına nəzər yetirdikdə bu ölkənin Güneyində, Azərbaycan türklərinin yaşadığı bölgədə əhəmiyyətli neft yataqlarının olduğunu görürük. Təssüflər olsun ki, həmin neft yataqlarından da Cənubi Azərbaycan türkləri deyil, məhz İslam dövləti yararlnır. Ancaq Azərbaycan və Qazaxıstan kimi digər türk respublikaları barədə qürurlandırıcı sözlər demək mümkündür. Belə ki, hər iki ölkənin zəngin neft yataqları və ondan əldə edilən gəlirlər sırf bu ölkələrin vətəndaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edir. Çünki nə Azərbaycanın, nə də Qazaxıstanın neft yataqlarını başqa
güclər, dövlətlər idarə etmir, ona sahiblənmir. Həmçinin Türkmənistan barədə də eyni şeyi söyləmək mümkündür. Bu ölkənin mənsub olduğu böyük təbii qaz ehtiyatları sırf türkmənlərə məxsusdur. Özbəkistandaki qızıl yataqları da əhəmiyyətli qaynaqlar arasında saya bilərik. Ancaq günümüzdə bütün bu imkanları birləşdirib birgə fəaliyyət göstərmək olduqca zəruridir. Əgər Türk birliyi reallaşsa, təmin edilmiş olsa Türkiyə və Türk Dünyası bütün maneələrə baxmayaraq dünyanın yeni super gücü olmağa namizəd olacaq. Ərəb Birliyi var, Afrika birliyi, Avropa Birliyi və s. birliklər olduğu halda nə üçün Türk Birliyi yaradılmamalıdır? Göründüyü kimi günümüzdə dünyadakı türklərin siyasi və iqtisadi sferada bir birliyinin yaradılması olduqca vacibdir. Türk Dövlətləri Birliyinin yaradılması hər şeydən əvvəl dünyada sülh və sabitliyin bərqərar olmasına da içkan yaradar. Çünki Türklər tarixən sülh, sabitlik tərəfdarı olublar.
Türk Birliyinin yaradılması öz növbəsində Qərbin İslam dünyasını işğal planını da əngəlləmiş olar.
Bəs bu birliyin reallaşması üçün türkdilli ölkələr nə etməli, hansı addımı atmalıdır? İlk növbədə ölkələr arasında siyasi-iqtisadi, mədəni, ümumiyyətlə bütün sahələrdə əməkdaşlıq inkişaf etdirilməlidir. Ortaq Türkçə yaratmaq istiqamıətində sistemli iş aparılmalıdır. Ən əsası Türk dünyasının təbii sərvətlərindən, onların istifadə və satışında ortaq siyasət həyata keçirilməlidir. Ortaq texnologiya və elmi iş layihələri inkişaf etdirməli, kosmos, aviasiya və avtomobil istehsal müəssisələri qurmalıdır.
Füzuli