Qonşumuz Avropaya vizasız gedəcək

Gürcüstan Avropa İttifaqı (Aİ) ölkələri ilə vizasız rejimə bu ilin oktyabr ayında müvəffəq olacaq.

Gürcüstan Avropa İttifaqı (Aİ) ölkələri ilə vizasız rejimə bu ilin oktyabr ayında müvəffəq olacaq.

Bu barədə Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Batumidə deyib.

O deyib ki, Gürcüstan viza rejiminin liberallaşdırılmasına dair bütün şərtləri həyata keçirib: "Bu, Gürcüstan hökuməti tərəfindən müvəffəqiyyətli reformaların həyata keçirilməsi nəticəsində baş tutub".

Qeyd edək ki, Y.Han Gürcüstanda iki günlük səfərdədir. Hazırda o, Batumidə keçirilən "Gürcüstanın Avropa yolu" beynəlxalq konfransda iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00