Gəlinlikdə qəbristanlığa gedən cütlük şoka düşdü
Türkiyədə ailə qurmağa hazırlaşan cütlüyün başına qəribə hadisə gəlib.
14 İyul 2016 12:47 DünyaTürkiyədə ailə qurmağa hazırlaşan cütlüyün başına qəribə hadisə gəlib.
Türkiyə mətbuatı xəbər verir ki, ən xoşbəxt günlərini yaşayan cütlük toydan əvvəl yaxınlarının qəbrini ziyarət etmək üçün qəbristanlığa yollanıb. Məzar başında kostyum və gəlinlikdə dua edən bəy və gəlin qayıdarkən gəlin maşınının alışdığını görərək şoka düşüblər. Maşın qısa zamanda söndürülsə də, toy günü belə bir bəxtsiz hadisənin baş verməsi onları xeyli məyus edib.
Qeyd edək ki, avtomobilin hansı səbəbdən alışdığı bilinmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00