Xəstəxanada biabırçılıq: sərxoş pasiyentlə həkim yumruqlaşdılar- Video
İçib sərxoş olmuş pasiyent "daha yaxşı, daha ciddi" müayinə tələb edirdi. Həkim müayinənin zatən normal olduğunu deyəndə pasiyent hirslənib və həkimi vurub. Həkimlə pasiyent arasında dava başlanıb.
14 İyul 2016 14:35 Dünyaİçib sərxoş olmuş pasiyent "daha yaxşı, daha ciddi" müayinə tələb edirdi. Həkim müayinənin zatən normal olduğunu deyəndə pasiyent hirslənib və həkimi vurub.
Həkimlə pasiyent arasında dava başlanıb.
CCTV bildirir ki, hadisə Çinin cənubundakı Quansi vilayətində, Beyhay şəhərindəki Xalq Xəstəxanasında yaşanıb.
"Baxın, əlimi cızmışam. Mənə başdansovdu baxdınız. Daha yaxşı müayinə edin", - bağıran pasiyenti sakitləşdirməyə çalışan həkim ona: "Sizdən öncə qadın var, onun problemi daha ciddidir", - söyləyib.
Bunu eşidən pasiyent həkimi yumruqla vurub.
Dava başlanıb və xəstəxananın mühafizə xidməti pasiyenti zorla sakitləşdirib.
Sərxoş pasiyent polisə aparılıb.