Canlı yayımda güllələndilər
Amerikanın Vircinya ştatında üç zənci gənc avtomobildə mahnı söyləyərək bu anları Feysbuk vasitəsi ilə canlı yayımlayıblar.
13 İyul 2016 18:13 DünyaAmerikanın Vircinya ştatında üç zənci gənc avtomobildə mahnı söyləyərək bu anları Feysbuk vasitəsi ilə canlı yayımlayıblar.
Faktxəbər bildirir ki, üç dost elə bu an onlara açılan atəş nəticəsində vurulub.
Ən azı 30 dəfə silah səsi eşidilən görüntülərdə qabaqda oturan şəxsin bu anları canlı yayımladığı görsənir.
Vurulan gənclərdən ikisinin vəziyyətinin ağır olduğu, digərinin isə hadisədən yüngül xəsarətlə xilas olduğu bildirilir.
Polis görüntülərlə bağlı istintaqa başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00