Sahibsiz iti qoruduğuna görə öldürüldü: "Suriyalılar buranı tərk etməlidirlər!"

Türkiyənin Konya əyalətinin Beyşehir rayonunun sakinləri ərazidə məskunlaşan suriyalı qaçqınların buradan çıxarılmasını tələb edirlər.

Türkiyənin Konya əyalətinin Beyşehir rayonunun sakinləri ərazidə məskunlaşan suriyalı qaçqınların buradan çıxarılmasını tələb edirlər.

Oxu.az bildirir ki, bu barədə Türkiyə KİV-nə istinadən 1news.az məlumat yayıb.

Məlumata görə, buna səbəb iyulun 9-da yerli gənclərlə suriyalı qaçqınlar arasında düşən və 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən dava olub.

"Biz oğlumuzu itirdik, başqa birinin də həlak olmasını istəmirik. Buna görə də Beyşehrin sakinlərinin qollarını açaraq qəbul etdikləri suriyalılar buranı tərk etməlidirlər", - deyə həlak olan 18 yaşlı Mehmet Bayraktarın valideynləri bildirib. 

Dava Mehmet suriyalıya sahibsiz iti döyməyinə mane olarkən düşüb.   

Davada bıçaq yarası alan 21 yaşlı suriyalı qaçqın İbrahim də ölüb, bundan başqa, 20 yaşlı Qasım, 26 yaşlı Abdulla Məhəmməd və 22 yaşlı Əhməd Sədi yaralanıblar.  

Rayon sakinlərinin narazılığının açıq qarşudurmaya keçmə təhlükəsi var, bunu nəzərə alan hüquq-mühafizə orqanları rayonda təhlükəsizlik tədbirlərini artıraraq rayona əlavə polis qüvvəsi cəlb ediblər.

Qeyd edilir ki, Beyşehir rayonunda təxminən 900 suriyalı yaşayır. 

Yerli sakinlərin onlardan bir neçəsinin evini daş-qalaq etdikdən sonra suriyalıların bir hissəsi rayonu tərk etməli olub, digərləri isə evdən bayıra çıxmırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00