Şok kadrlar: 22 məktəbli qızı oyun dəli etdi- Video

Kolumbiyanın Çoko bölgəsindəki orta məktəblərdən birində baş verən müəmmalı hadisə həkimləri heyrətləndirib.

Kolumbiyanın Çoko bölgəsindəki orta məktəblərdən birində baş verən müəmmalı hadisə həkimləri heyrətləndirib.
Yaşları 12-15 arasında olan 22 məktəbli qız kütləvi psixoza tutulub. Onlar yerə yıxılaraq qıvrılıblar, inildəyiblər, ağızlarından köpük gəlib.
Caracol bildirir ki, Novita şəhər hospitalına aparılmış qızlar müayinə və müalicə olunurlar. Polisdən verilən məlumata görə, onlar "Charlie Charlie" oyununu oynadıqdan sonra belə vəziyyətə düşüblər.
Həkimlər isə uşaqların ağızlarının köpükləndiyini, onların hallüsinasiya keçirdiklərini deyirlər. Qızların bəziləri "qara paltarlı insanı gördüm" söyləyiblər.
"Charlie Charlie" oyunu İspaniyada və ispandilli ölkələrdə populyar olan "Juego de la Lapicera" oyununun yeni versiyasıdır. Bu oyun karandaşlar vasitəsilə "ruhların çağırılması"ndan ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00