Səfir əxlaqsızlıqda suçlanır - BÖYÜK QALMAQAL
Finlandiyanın İsveçdəki səfiri Yarmo Viinanen rəhbərlik etdiyi strukturun əməkdaşlarına və səfirliyə gələn şəxslərə qarşı əxlaqsız hərəkətlərdə suçlanır. Iltalehti bildirir ki, Finlandiyanın XİN-i biabırçı olayla bağlı araşdırmalara başlayıb.
13 İyul 2016 12:22 DünyaFinlandiyanın İsveçdəki səfiri Yarmo Viinanen rəhbərlik etdiyi strukturun əməkdaşlarına və səfirliyə gələn şəxslərə qarşı əxlaqsız hərəkətlərdə suçlanır.
Iltalehti bildirir ki, Finlandiyanın XİN-i biabırçı olayla bağlı araşdırmalara başlayıb.
Y.Viinanen səfirlikdə çalışan bir neçə qadın diplomatı zorlamaqla yanaşı, səfirliyə gələn qadınlara əxlaqsız təkliflərdə şübhəli bilinir.
Finlandiya Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin rəhbəri Ari Rouhenin sözlərinə görə, səfirin "ləyaqətsiz və yolverilməz" davranışına dözməyən xanım əməkdaşlardan biri işdən çıxıb.
Araşdırmanın avqustda başa çatacağı deyilir.
Finlandiyanın XİN başçısı Timo Soyni deyib: "Bu məsələni çox ciddi şəkildə araşdırırıq. Belə biabırçılıqlara qarşı bizdə sıfır dözümlülük var".
Y.Viinanen İsveçə səfir vəzifəsinə 2014-cü ildə təyin olunub.