İŞİD dəhşəti: ailələrin qarşısında başları kəsildi

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyada daha bir edamını gerçəkləşdirib. Al Arabia bildirir ki, Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında 5 nəfər edam olunub.

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyada daha bir edamını gerçəkləşdirib.
Al Arabia bildirir ki, Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında 5 nəfər edam olunub.
Şəhərin mərkəzi meydanlarından birində onların başları bədənlərindən ayrılıb.
Rəqqanın "Şəriət Məhkəməsi"nin qərarına görə, bu şəxslər "Suriya prezidenti Bəşər Əsədin qoşunlarına və kürdlərin silahlı dəstələrinə casusluq" ediblər.
Edamdan əvvəl həmin 5 nəfərin ailə üzvləri də meydana gətiriliblər. "Günahkar"ların başları onların ailə üzvlərinin qarşısında kəsilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00