Bağdadın şimalında partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb

İraqın paytaxtı Bağdadın şimalında güclü partlayış olub.

İraqın paytaxtı Bağdadın şimalında güclü partlayış olub.

TASS xəbər verir ki, terrorçu-kamikadze Bağdadın Ər-Rəşidiyyə bölgəsində təhlükəsizlik xidmətinin nəzarət-buraxılış məntəsində yaxınlığında partlayıcı qurğu yerləşdirilmiş avtomobili partladıb.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bir gün əvvəl - iyulun 12-də də Ər-Rəşidiyyə bölgəsindəki ərzaq bazarında oxşar terror aktı törədilmişdi. Həmin hadisə zamanı 9 nəfər həyatını itirmiş, 30-dan çox adam yaralanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00