Gürcüstan vətəndaşı Soçidə ağzını tikib

Soçidə miqrasiya qanunvericiliyinin pozulmasına görə saxlanılan və gözlənilən deportasiyaya etiraz edən Gürcüstan vətəndaşı öz ağzını tikib.

Soçidə miqrasiya qanunvericiliyinin pozulmasına görə saxlanılan və gözlənilən deportasiyaya etiraz edən Gürcüstan vətəndaşı öz ağzını tikib.

TASS  xəbər verir ki, bu barədə Krasnodar vilayəti üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Gürcüstan vətəndaşı ağzını xaricilər üçün nəzərdə tutulmuş müvəqqəti saxlanılma məntəqəsində adi saplarla tikib.

İlkin tibbi yardım göstərildikdən sonra Gürcüstan vətəndaşını psixo-nevroloji dispanserə göndəriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00