Məscid uçdu: ölənlər var
Türkiyədə inşa edilən məsciddə uçqun baş verib.
12 İyul 2016 17:00 DünyaTürkiyədə inşa edilən məsciddə uçqun baş verib.
Anspress bildirir ki, hadisə Mersində baş verib.
Mut rayonunda inşası davam edən məscidin ikinci mərtəbəsində uçqun olub. Hadisə ikinci mərtəbədə beton tökülməsi zamanı baş verib. Çökən döşəmənin üzərində hadisə vaxtı 5 fəhlə olub.
Nəticədə iki fəhlə binadan yıxılıb və betonların arasında qalıb. Onlardan birini xilas etmək mümkün olsa da, digəri ölüb.
18 yaşlı Sefa Çetinin cəsədini dağıntılar altından bir neçə saata çıxarmaq mümkün olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00