“Biz Ukraynada on minlərlə insan öldürdük ki…”

Rusiya hakimiyyətində hesab edirlər ki, məhz Donbas müharibəsi Ukraynanın NATO-ya üzvlüyünün qarşısını alır.

Rusiya hakimiyyətində hesab edirlər ki, məhz Donbas müharibəsi Ukraynanın NATO-ya üzvlüyünün qarşısını alır.

Axar.az xəbər verir ki, bunu "Exo Moskva" radiosuna müsahibəsində rusiyalı politoloq Stanislav Belkovski söyləyib. Onun sözlərinə görə, Kreml məhz dondurulmuş konflikt vasitəsilə öz məqsədinə çatdığını düşünür:

"Əgər Donbas müharibəsi olmasaydı, o zaman Varşava sammitində Ukraynanı NATO-ya qəbul edəcəkdilər. Bu, mənim yox, Kremlin fikridir. Biz yalnız Ukraynanın NATO-ya girməməsi üçün Donbasda on minlərlə insanın ölümünə səbəb olduq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00