iPhone-da problemlər yaranıb - DİQQƏTLİ OLUN

iPhone smartfonlarında artıq 5 gündür ki, problemlər yaşanır. Səbəb smartfon istifadəçilərinin Apple İD akkauntlarına daxil olmaqda çətinlik çəkmələrid

iPhone smartfonlarında artıq 5 gündür ki, problemlər yaşanır. Səbəb smartfon istifadəçilərinin Apple İD akkauntlarına daxil olmaqda çətinlik çəkmələridir.

Engadget bildirir ki, istifadəçilərin bəziləri Apple İD-nin parolunun sürəkli silindiyini və bu səbəbdən də yeni parolla qeydiyyatdan keçmək məcburiyyətində qaldıqlarını deyirlər.
Digər istifadəçilər isə iOS10-un beta-versiyasını yüklədikdən sonra ikifaktorlu autentifikasiya sistemindəki nöqsanlarla üzləşdiklərini deyirlər. Onlar parolu bərpa edən iForgot servisinin işləmədiyini vurğulayırlar.
Apple-in nümayəndələri problemlərdən xəbərdar olduqlarını deyiblər.

iPhone sahiblərindən xahiş olunur ki, sosial şəbəkələr və Apple İD-dəki parollarını dərhal dəyişərək yeniləsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00