WhatsApp-dan BƏD XƏBƏR
Dünyanın ən populyar mobil messencer olan WhatsApp əfsanəvi əməliyyat sistemi olan Symbian-ı bundan sonra dəstəkləməyəcəyini bildirib.
12 İyul 2016 19:21 DünyaDünyanın ən populyar mobil messencer olan WhatsApp əfsanəvi əməliyyat sistemi olan Symbian-ı bundan sonra dəstəkləməyəcəyini bildirib.
Bu isə Nokia şirkətinin istehsalı olan köhnəlmiş modelli smartfon sahiblərini WhatsApp-dan istifadə etmək imkanlarından məhrum edir.
GSMArena bildirir ki, Symbian əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri WhatsApp-dan artıq xəbərdarlıq mesajı alıblar.
"Təəssüf hissi ilə sizə bildirir kii, 31.12.2016 tarixdən etibarən WhatsApp-dan istifadə edə bilməyəcəksiniz, çünki proqram əməliyyat sistemini dəstəkləməyəcək", - xəbərdarlıqda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00