Əyyaş robot yaradıldı
Koreyalı alim Ençan Pak əyyaşlıq etməyi "bacaran" robot yaradıb
12 İyul 2016 19:16 DünyaKoreyalı alim Ençan Pak əyyaşlıq etməyi "bacaran" robot yaradıb. AsiaOne bildirir ki, alimin dediyinə görə, Milad bayramını tənha qeyd etmək məcburiyyətində qaldığından belə robot hazırlamaq fikrinə düşmüşdü.
"Drinky" adlı robot əlində qədəhi tutmağı və qədəhi toqquşdurmağı bacarır. Onun içdiyi içki şüşə bankaya axdığından içki "itkisi" olmur.
Qədəh boşalanda "Drinky" sahibinə qətiyyətli jestlə "Doldur!" işarəsi verir. Robot içki içəndən sonra onun yanaqları qızarır və "Drinky" əli ilə "Əla!" işarəsini göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00