Deputatı güllələdilər

Ukraynada deputat Vasili Baqayçuk Odessa şəhərində ayağından güllələnib.

Ukraynada deputat Vasili Baqayçuk Odessa şəhərində ayağından güllələnib.

APA bildirir ki, Odessa vilayəti Çernomorsk Şəhər Şurasının deputatı, Şurada "Batkivşina" fraksiyasının rəhbəri V. Baqayçuk xəstəxanaya yerləşdirilib.
 
İki naməlum şəxs Pokrovaya küçəsində yerləşən barın yaxınlığında deputata travmatik silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. V. Baqayçuk hər iki baldırından yaralanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00