Məhəmməd atəş açdı, Şəbnəmi boyunbağı qurtardı

Məhəmməd Nayem adlı şəxs bacısı Şəbnəmi qətlə yetirmək istəyib. O, tapançasını çıxararaq bacısını nişan alıb və atəş açıb. Güllə Şəbnəmin boynundakı boyunbağıya dəyərək çovuyub, qız sağ qalıb.

Məhəmməd Nayem adlı şəxs bacısı Şəbnəmi qətlə yetirmək istəyib. O, tapançasını çıxararaq bacısını nişan alıb və atəş açıb. Güllə Şəbnəmin boynundakı boyunbağıya dəyərək çovuyub, qız sağ qalıb.
 AsiaOne bildirir ki, hadisə Hindistanın Uttar-Pradeş ştatında yaşanıb.
Məhəmməd Nayem həbs olunub. Onun dediyinə görə, bacısı adətlərə qarşı çıxıb: "Atam onu yaxşı ailədən olan oğlana ərə vermək istəyirdi. Şəbnəm isə atamın iradəsinə qarşı çıxdı, başqa oğlanı sevdiyini dedi. Mən də hirsləndim, atəş açdım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00