Özcan Denizin serialında rol alan aktrisa: “Mən güclüyəm”
Sonuncu dəfə Özcan Denizin "Kaderimin yazıldığı gün" serialı ilə ekranlara gələn aktrisa Hatice Şendil "tükənmişlik sindromu" yaşamasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
12 İyul 2016 12:55 DünyaSonuncu dəfə Özcan Denizin "Kaderimin yazıldığı gün" serialı ilə ekranlara gələn aktrisa Hatice Şendil "tükənmişlik sindromu" yaşamasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, son olaraq həyat yoldaşıyla birgə Neslihan Atagül və Kadir Doğulunun toyuna qatılan Hatice xəbərləri yalanlayıb:
"6 ildir ki, ara vermədən çalışıram. Yayda tətilə də çıxmıram. Əslində mövzunun qaynağı başqa şey idi. Məndən soruşulan sual başqa idi.Ona görə dedim ki, güc toplamağa, özümə gəlməyə ehtiyacım var. Tükənmədim, mən güclüyəm, heç vaxt tükənmərəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00