Ac insanlar bu ölkəyə hücum etdi

Venesuelada qida axtaran minlərlə ac sakin Kolumbiyaya keçib.

Venesuelada qida axtaran minlərlə ac sakin Kolumbiyaya keçib.

Bu barədə "Financial Times" nəşri yazıb. Bildirilir ki, iyunun 10-da Kolumbiya ilə Venesuela hökuməti arasındakı keçid məntəqəsi açılıb və 14 saat ərzində 35 minə yaxın venesuelalı sərhədi keçib.

Məlumata görə, Kukuta şəhərinə üz tutan ac sakinlər Venesulada baha qiymətə olan, böyük çatışmazlıq yaşanan düyü, bitki yağı və qarğıdalı unu alıblar. Məsələdən narahat olan kolumbiyalı məmurlar isə bildirirlər ki, Venesuela hakimiyyəti ərzaq böhranı ilə bacarmadığı təqdirdə ölkənin əhalisi qaçqın kimi Kolumbiyaya axın edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00