ABŞ-da naməlum şəxs 5 nəfəri güllələdi

ABŞ-da keçirilən nümayiş zamanı naməlum şəxs beş nəfəri güllələyib.

ABŞ-da keçirilən nümayiş zamanı naməlum şəxs beş nəfəri güllələyib.

Anspress bildirir ki, hadisə Merilend ştatı, Baltimor şəhərində qeydə alınıb.

Məlumata görə, etiraz aksiyası şəhərin küçələrində zorakılıq əleyhinə keçirilib. Orada təxminən 20-30 nəfər iştirak edib. Müstəntiqin sözlərinə görə, mitinq iyulun 10-da 24 yaşlı şəhər sakini Cermeyn Skofildin ölümündən sonra təşkil olunub. Elə bu zaman bir nəfər odlu silahdan atəş açaraq dörd qadın və bir kişini ağır yaralayıb. 

Polislərin sözlərinə görə, hazırda atəş açan şəxsin kimliyi və hadisənin səbəbləri məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00