Rusiyada cinayətkar aləmin lideri tutuldu
Moskvada ən nüfuzlu “qanuni oğru” Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov saxlanılıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o, fırıldaqçılıqda şübhəli bilinir.
12 İyul 2016 11:49 DünyaMoskvada ən nüfuzlu "qanuni oğru" Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov saxlanılıb. Rusiya mediasının verdiyi xəbərə görə, o, fırıldaqçılıqda şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iyulun 11-də əks kəşfiyyatçılar Zaxariya Kalaşovu qandallayıblar. Onun "Elements" restoranının sahibi Janna Kimdən fırıldaqçılıq yolu ilə külli miqdarda pul almaqla bağlı cinayət işi çərçivəsində tutulduğu bildirilir.
2015-ci il dekabrın 14-də Roçdelski küçəsindəki cinayət əsl qırğınla müşayiət olunub, nəticədə iki nəfər ölüb. O vaxt "isti izlərlə" Şakro Molodoyla sıx əlaqəsi olan avtoriyet Andrey Koçuykov (İtaliyalı) tutulub.
"Qanuni oğru" Zaxariy Kalaşov Rusiya cinayət aləminin lideri hesab olunur. O, bossların bossu yerini snayper "qanunçu" Aslan Usoyanı (Ded Xasan) güllələyəndən sonra tutub.