Roma Papasının Azərbaycana səfərinin proqramı açıqlanıb
Vatikan Roma Papasının Azərbaycana səfərinin proqramını açıqlayıb.
11 İyul 2016 17:08 DünyaVatikan Roma Papasının Azərbaycana səfərinin proqramını açıqlayıb.
"Report" Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Papa Fransisk Azərbaycana oktyabrın 2-də Gürcüstandan gələcək.
Papanın Bakıya səfəri Bakirə Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.
Elə həmin gün axşam Papa Vatikana qayıdacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00