Aİ komissarı: "Payızda Ukrayna ilə viza rejiminin ləğvinə dair yekun qərar verilə bilər"

Avropa İttifaqı payızın əvvəlində Ukrayna ilə viza rejiminin aradan qaldırılması haqda yekun qərar qəbul edə bilər.

Avropa İttifaqı payızın əvvəlində Ukrayna ilə viza rejiminin aradan qaldırılması haqda yekun qərar qəbul edə bilər.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Kiyevdə "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin 7-ci qeyri-rəsmi görüşü öncəsi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda məsələyə Avropa Parlamentində baxılır: "Ümid edirəm ki, biz payızın əvvəlində və ya ən geci oktyabra kimi qərar verəcəyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00