Almaniya ən yaxın dostlarını da dinləyirmiş
Almaniya kəşfiyyatının müttəfiq ölkələri dinləməsinin yeni təfərrüatları ortaya çıxıb.
11 İyul 2016 11:33 DünyaAlmaniya kəşfiyyatının müttəfiq ölkələri dinləməsinin yeni təfərrüatları ortaya çıxıb.
Avropa.info xəbər verir ki, alman kəşfiyyatı BND 2013-cü ilin oktyabrınadək dost AB və NATO ölkələrini dinləyirmiş. Parlament komissiyasının təhülkəsizlik xidmətləri üzərindən apardığı istintaqın yekunlarından məlum olub ki, dinlənilən ölkələrin sayı 10-da çox olub.
BND-nin hədəfində hökumət və dövlət başçıları, nazirlər və onların ətrafı, qərargahlar, ştablar və dəftərxanalar, həmçinin hərbi obyektlər olub. Onlarla dinləmə faktı qeydə alınıb.
BND-nin təcavüzünə məruz qalanlar arasında daha çox AB və NATO ölkələri olub. Onların hesabın 3300 dinləmə obyektində 2/3-i düşür. Bu obyektlər 2013-cü ilin sonuna kimi nəzarətdə olublar. QHT və biznes sahələrinin də dinləməyə məruz qaldığı bildirilir.
Dinləmə qalmaqalı ilə ortaya çıxan yeni təfərrüatlar Merkel hökuməti üçün diplomatik problemlər yarada bilər. Xüsusilə Brexit və Avropaya olan miqrasiya fonunda.