İŞİD-dən yeni dəhşət: futbola görə 4 nəfərin başı kəsildi
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni dəhşətli edamını gerçəkləşdirib.
11 İyul 2016 11:30 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni dəhşətli edamını gerçəkləşdirib.
Milli.Az bildirir ki, Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında 4 nəfərin başları bədənlərindən ayrılıb. Səbəb isə bu binəvaların futbol azarkeşi olmalarıydı.
Onlar iyulun 7-də AVRO-2016-nın yarımfinalında Almaniya-Fransa matçına baxmışdılar.
Rəqqa şəhərinin mərkəzi küçələrindən birində bu şəxslər edam olunublar.
Əyinlərində narıncı kombinezonlar olan zavallıları küçədə diz çökdürəndən sonra "Şəriət məhkəməsinin qazisi" onların "cinayət"lərini sadalayıb.
Az sonra 4 nəfərin başlarını kəsiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00