ABŞ Polşaya 1000 hərbçi göndərəcək
ABŞ Polşada 1000-ə yaxın hərbçi yerləşdirəcək.
8 İyul 2016 19:01 DünyaABŞ Polşada 1000-ə yaxın hərbçi yerləşdirəcək.
"RİA Novosti" agentliyinə iverdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak ObamaVarşavada polşalı həmkarı Anjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
B. Obama deyib ki, NATO Şərqi Avropada iştirakını artırmaq istəyir: "Əgər NATO-nun Polşada iştirakdan danışırıqsa, ABŞ bu istiqamətdə aparıcı rol oynayacaq. Biz Polşada rotasiya əsasında bir tabor, minə yaxın hərbçi yerləşdirəcəyik".
Qeyd edək ki, Polşa müdafiə naziri Antoni Matsereviç ölkədə NATO-nun bir neçə bir əsgərinin yerləşdiriləcəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00