Tanınmış xanım: "Kök olduğuma görə sataşırlar"
"Mənə kök olduğumu deyirlər, eybəcər qadın olduğumu yazırlar. Belələrinə fikir vermirəm. Yazıqdır belə adamlar".
8 İyul 2016 19:09 Dünya"Mənə kök olduğumu deyirlər, eybəcər qadın olduğumu yazırlar. Belələrinə fikir vermirəm. Yazıqdır belə adamlar".
ABŞ-ın Nebraska ştatında doğulmuş Eşli Qrehem indi dünyanın ən məşhur "plus-size" modellərindən biridir. O, sürətlə populyarlaşır və məşhurluğuna dəlalət edən yeni məqam "Cosmopolitan" jurnalı üçün kaver fotosessiyasına çəkilərək, jurnala müsahibə verməsidir.
Milli.Az bildirir ki, müsahibənin müəllifi tanınmış reportyor və ekspert Emi Şumerdir.
28 yaşlı Eşli Qrehemlə söhbətində o, qadını "bir qədər kök qadın" adlandırıb.
Eşli inciyib və Twitter-dəki akkauntunda da Emi Şumerin suallarının yöndəmsiz olduğunu yazıb.
Bundan sonra Emi Şumer üzrxahlıq edib.