Qərb iyunun 21-də Kremlin taleyini həll edir
14 İyun 2016 13:17 DünyaAvropa Birliyi iyunun 21-də Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qərar qəbul edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Frans Press" agentliyi yayıb. AB-nin qərarı iyunun 24-də ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.
Qeyd edək ki, AB Rusiyaya qarşı sanksiyaları 2014-cü ilin iyulundan tətbiq edir. Bu qərar Moskvanın Ukraynadakı fəaliyyətinə görə qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00