Qazaxıstan DİN: Aktobedə terror törədənlər Suriyadan təlimat alıb

Aktobedə terror törədənlər Suriya ərazisindən təlimat alıb.

TASS  xəbər verir ki, bu barədə Qazaxıstan DİN rəhbəri Kalmuxanbet Kasımov bildirib. 

Nazirin sözlərinə görə, iyunun 5-də Aktobedə baş verən terror aktı nəticəsində 8 nəfər həlak olub.

"7 hərbçi və 12 polis əməkdaşı yaralanıb", - K.Kasımov qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00