Nyu-Yorkda uşaq meydançasında atışma: 5 yaralı

Nyu-Yorkun Bruklin rayonunda yerləşən uşaq meydançasında naməlum şəxs atəş açıb.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 5 nəfər yaralanıb. Yaralıların yaşı açıqlanmır.

Polis araşdırma zamanı parkı bağlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00